Baş məşqçi bu məğlubiyyətdən sonra kimlərin qarşısında baş əydi? - VİDEO+FOTOLAR

Baş məşqçi bu məğlubiyyətdən sonra kimlərin qarşısında baş əydi? - VİDEO+FOTOLAR

Yaponiya millisinin baş məşqçisi Hajime Moriyasu dünya çempionatının 1/16 final mərhələsində Braziliyaya məğlub olduqdan sonra azarkeşlər qarşısında baş əyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futbolçularını meydanın mərkəzinə toplayaraq emosional çıxış edib.

Daha sonra komanda ilə birgə tribunada yer alan yapon tərəfdarlarının qarşısına gedib. Göz yaşlarını gizlədə bilməyən Moriyasu onların qarşısında baş əyib.

Futbolçular da baş məşqçinin ardınca eyni hərəkəti edib, turnir boyunca onlara dəstək olan azarkeşlərə təşəkkürlərini bildiriblər.

Bu təsirli anlar sosial şəbəkələrdə geniş yayılıb və Yaponiya millisinin azarkeşlərinə göstərdiyi hörmət və minnətdarlıq nümunəsi kimi yüksək qiymətləndirilib.

Xatırladaq ki, Yaponiya yığması turnirin 1/16 final mərhələsində Braziliyaya 2:1 hesabı ilə məğlub olaraq mundialla vidalaşıb.

Yaponiyada baş əymək hörmət və nəzakətin əsas simvollarından biridir. Azca baş əymək adətən salamlaşma mənasını daşıyır.

Daha dərin baş əymək ciddi üzr və ya yüksək hörmət əlaməti hesab olunur. Ən dərin baş əymə isə böyük peşmançılıq və məsuliyyətin qəbul edildiyini göstərir.

Sözügedən anları təqdim edirik:





Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 03:30 Bütün Almaniya ŞOKda!