Premyer Liqa klubu baş məşqçi postunu azərbaycanlıya tapşırdı

17:40 Gündəm 373
Premyer Liqa klubu baş məşqçi postunu azərbaycanlıya tapşırdı

Jorj Kaşkilya ilə vidalaşan “İmişli” rəhbərliyinin işi çətinə düşüb.

Nəzərdə tutulan əcnəbi çalışdırıcılarla danışıqlardan müsbət nəticə hasil olmayıb.

Birinin maliyyə şərtləri, digərinin tələbləri, bir başqasının Azərbaycana gəlmək istəməməsi rəsmiləri çıxılmaz duruma salıb.

Həftələrdir edilən götür-qoylardan sonra baş məşüçi postuna azərbaycanlı mütəxəssisin gətirilməsi qərara alınıb.

Həmin şəxs kimdir?

Ötən il “İmişli”ni Premyer Liqaya daşıyan Fərid Namazov.

Pro kateqoriyalı mütəxəssislə bütün şərtlərdə razılıq əldə olunub. Yaxın günlərdə təyinatla bağlı rəsmi açıqlama veriləcək.

Namazovun köməkçilərindən biri ötən mövsüm “Şəfa”da çalışmış Zamir Həsənov olacaq.

Digər köməkçinin Elgiz Kərəmli olması nəzərdə tutulsa da, “Şəfa”nı I Liqanın çempionu etmkş mütəxəssis köməkçi kimi işləməkdən imtina edib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti