Paraqvay Almaniyanı penaltilərlə DÇ-2026-dan kənarlaşdırdı - VİDEO

Paraqvay Almaniyanı penaltilərlə DÇ-2026-dan kənarlaşdırdı - VİDEO

Paraqvay dünya çempionatının 1/16 final mərhələsində Almaniya yığmasını məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Sportinfo/az xəbər verir ki, qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb.

Paraqvay millisinin heyətində Xulio Ensiso 42-ci dəqiqədə fərqlənib. Almaniyanın qolunu isə 54-cü dəqiqədə Kay Haverts vurub.

Onların 102-ci dəqiqədə vurduğu qol VAR yoxlamasından sonra ləğv edilib.

Qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan Paraqvay futbolçuları 4:3 hesabı ilə qələbə qazanıblar.

Bu, Paraqvay millisinin dünya çempionatlarının pley-off mərhələsində vurduğu ilk qol kimi tarixə düşüb.

Moskvanın "Dinamo" klubunun və Paraqvay yığmasının müdafiəçisi Xuan Kaseres matçın tamamında meydanda olub.

Almaniya millisinin qapıçısı Manuel Noyer isə ardıcıl 10-cu dünya çempionatı oyununda qol buraxaraq antirekordu təkrarlayıb.

Paraqvay millisi 1/8 finalda Fransa - İsveç cütünün qalibi ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti