“Qarabağ” Avropa ölkəsindən 1 milyonluq müdafiəçi alır?

30 İyun 12:40 Qarabağ 1 439
“Qarabağ” Avropa ölkəsindən 1 milyonluq müdafiəçi alır?

“Qarabağ” heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə belçikalı jurnalist Saşa Tavolyeri və Macarıstanın “Nemzeti Sport” nəşri məlumat yayıb.

Bildirilib ki, Ağdam klubu "Zalaegerszeg”in müdafiəçisi Bense Varkonyinin transferi ilə bağlı razılıq əldə edib.

“Qarabağ” 24 yaşlı macar mərkəz müdafiəçisi üçün 1 milyon avro ödəyəcəyi iddia olunub. Varkonyi ilə 3 illik müqavilə imzalanacağı bildirilir.

Macar futbolçunun “Zalaegerszeg”lə hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM