Bu mövsüm I Liqanı birinci yerdə bitirən «Şəfa» Elgiz Kərəmliyə mükafat ödəyib.
Komandanı Premyer Liqaya yüksəldən keçmiş baş məşqçiyə çempionluq ənamı olaraq 5800 manat verilib.
Onunla birlikdə bu uğurda əməyi keçən köməkçiləri də mükafatsız qalmayıblar.
Paytaxt təmsilçisi 27 tura 57 xal toplayaraq, bütün rəqiblərini qabaqlayıb. Beləcə, «Şəfa»nın 21 ildən sonra elitaya qayıdışı rəsçmiləşib.
«Ağ-göylər» son 1,5 ildə xidmətindən yararlandığı Elgiz Kərəmli ilə iyunun əvvəlində yollarını ayırıb. Bu posta Zaur Həşimov gətirib və tərəflər arasında 3 illik müqavilə imzalanıb.
SPORTİNFO.AZ

