“Arsenal” və “Bayern” arasında tərəddüd edir - İngiltərəli yarımmüdafiəçi

12 İyun 21:40 İngiltərə 362
“Arsenal” və “Bayern” arasında tərəddüd edir - İngiltərəli yarımmüdafiəçi

“Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocers karyerasını hansı klubda davam etdirəcəyinə hələ qərar verməyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə maraqlanan klubların sayı çox olsa da, oyunçu hazırda yalnız iki variantı ciddi şəkildə nəzərdən keçirir.

İngiltərəli yarımmüdafiəçi seçim edərkən əsasən “Arsenal” və “Bayern” arasında tərəddüd edir. Onun nümayəndələri artıq hər iki klubun rəhbərliyi ilə danışıqlar aparıblar.

Birmingem təmsilçisi Rocers üçün təxminən 100 milyon funt-sterlinq tələb edir. Bu məbləğ təxminən 116 milyon avroya bərabərdir.

Yarımmüdafiəçinin “Aston Villa” ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!
15 İyul 05:00 Paşam birinci yeri tutdu