“Yuventus”la yollarını ayıran hücumçu karyerasını Premyer Liqada davam etdirəcək?

00:00 İngiltərə 86
“Yuventus”la yollarını ayıran hücumçu karyerasını Premyer Liqada davam etdirəcək?

“Yuventus”la yollarını ayıran hücumçu Duşan Vlahoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə “Nyukasl” yaxından maraqlanır.

Bildirilir ki, tərəflər arasında aparılan son müzakirələrdən sonra Vlahoviç “sağsağanlar”ın sıralarına qoşulmaq variantını ciddi şəkildə nəzərdən keçirməyə başlayıb.

“Nyukasl” rəhbərliyi digər klubların transfer yarışına qoşulmasından əvvəl keçidi rəsmiləşdirməyə çalışır. İngiltərə təmsilçisi hücumçunun transferini qısa müddətdə yekunlaşdırmaq niyyətindədir.

Serbiyalı forvard hazırda azad agent statusundadır. Belə ki, futbolçu “Yuventus”la bu ay başa çatan müqaviləsini yeniləməyib. O, 2022-ci ilin əvvəlindən Turin klubunun formasını geyinirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyun 18:10 Çək və bizə göndər!
10 İyun 09:00 Mahirin 1 günü - VİDEO
10 İyun 02:00 Sağ ol, Hikmət!