Azərbaycan gimnastları Çindəki Dünya Kubokunda qızıl medal qazandı

30 İyun 04:30 Digər növlər 523
Azərbaycan gimnastları Çindəki Dünya Kubokunda qızıl medal qazandı

Azərbaycan aerobika gimnastları Çinin Nankin şəhərində keçirilmiş Dünya Kubokunda qızıl medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Yarışda ölkəmizi fərdi proqramda Sara Əlixanlı, qarışıq cütlük proqramında isə Mədinə Mustafayeva və Vladimir Dolmatov təmsil ediblər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, Sara Əlixanlı 17.900 xal, Mədinə Mustafayeva və Vladimir Dolmatov isə 18.600 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıblar.

Finalda qarışıq cütlük 19.100 xalla rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub. Sara Əlixanlı isə 18.050 xalla 6-cı yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM