"Qəbələ" uduzdu, "Neftçi" Gəncədə "Kəpəz"lə bərabərə qaldı

9 Aprel 2017 12:36 Əvəzedicilər 631
"Qəbələ" uduzdu, "Neftçi" Gəncədə "Kəpəz"lə bərabərə qaldı

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyinin 25-ci turuna start verilib. Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. Mərkəzi qarşılaşmada yarışın liderləri “Qəbələ” və “Qarabağ” üz-üzə gəlib.

Bu matçadək ən yaxın izləyicisi olan Ağdam klubunu 5 xal qabaqlayan “qırmızı-qaralar” səfər matçına da fəal başlayıblar. Hüseynqulu Quliyevin yetirmələrinin üstünlüyə malik olduğu qarşılaşmada hesabı meydan sahibləri açıb. “Qarabağ” penalti zərbəsi ilə hesabda önə keçib. Buraxılan qoldan sonra hücumlarını daha da artıran “Qəbələ” Ayxan Əsədovun fərqlənməsi ilə hesabda tarazlıq yaradıb – 1:1.

Qarşılıqlı hücumlar şəraitində keçən matçın ikinci yarısında da ərazi üstünlüyü qonaqlarda olub. Lakin komandamız real qol vəziyyətlərindən yararlana bilməyib. “Qarabağ” isə fasilədən sonra vurduğu 2 qolla meydanı 3:1 hesabı ilə tərk edib. Beləliklə, qonaqlar paytaxt səfərindən məğlub dönüb. Buna baxmayaraq, çempionatın sonuna 3 tur qalmış hesabında 51 xal olan “Qəbələ” liderliyini davam etdirir və izləyicisini 2 xal qabaqlayır.

"Qarabağ" - "Qəbələ" 3:1
Şahin Əliyev, 16-pen.; 67. Elgün Nəbiyev, 76. - Ayhan Əsədov, 20

"Kəpəz" - "Neftçi" 1:1
Eltac Mirzəyev, 88 - Sənan Əbilov, 67

1

Qəbələ

25

16

3

6

51-27

51

2

Qarabağ

25

14

7

4

47-25

49

3

Neftçi

25

13

5

7

45-26

44

4

İnter

24

10

6

8

20-18

36

5

Zirə

24

7

7

10

28-30

28

6

Kəpəz

25

7

7

11

26-37

28

7

Sumqayıt

24

7

2

15

33-56

23

8

AZAL

24

4

3

17

27-58

15

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti