“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017/18 mövsümünün ikinci yarısının hazırlığına start verib.
Sportinfo.az xəbər verir ki, yanvarın 7-də Qəbələdə bir araya gələn “qırmızı-qaralar” ilk məşqinə bu gün çıxıblar.
Komanda çempionatın 3-cü dövrəsinə yeni baş məşqçi Emin İmaməliyevin rəhbərliyi altında hazırlaşır.
Əvəzedicilərin qış fasiləsindəki ilk yoxlama oyununun tarixi və rəqib komanda da müəyyənləşib. “Qırmızı-qaralar” Birinci Divizion təmsilçisi “Ağsu” ilə üz-üzə gələcək. Yanvarın 14-də baş tutacaq matç Qəbələ şəhər stadionunda keçiriləcək.

