"Keşlə" rəhbərliyi məşqçisini qorxutdu, "Neftçi"yə keçmədi

4 Yanvar 2018 14:12 Əvəzedicilər 1 006
"Keşlə" rəhbərliyi məşqçisini qorxutdu, "Neftçi"yə keçmədi

«Keşlə» rəhbərliyi Rüstəm Əliyevin klubdan ayrılmasına imkan verməyib.

Gənc mütəxəssis artıq bugündən «Neftçi»nin əvəzedici komandasında işə başlamalıydı.

Onun «Xəzər»ə yollanan Elşad Əhmədovu əvəzləyəcəyt demək olar dəqiqləşmişdi. Karyerası əsasən «Keşlə»yə bağlı olan Əliyev «Neftçi» yönəticiləri ilə görüşmüş, müqavilə müddəti və şərtlərini razılaşdırışmışdı.

Bundan xəbər tutan «Keşlə»nin Müşahidə Şurasının sədri Zaur Axundov ona nə deyib-nə deməyibsə, necə təpinibsə, Əliyev qorxusundan geri çəkilib (Sportinfo.az).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti