Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 13-cü tura start verilib.
"Neftçi" - "Keşlə" görüşü qolsuz başa çatıb. Çempionatın lideri “Qəbələ” Yevlaxda “Kəpəz”lə qarşılaşıb.
Görüş Elmar Baxşıyevin yetirmələrinin üstünlüyü ilə keçsə də, “qırmızı-qaralar” autsayderin müqavimətini qırmaqda çətinlik çəkib. Bu üzdən də matçdakı bütün qollar ikinci hissəyə təsadüf edib.
Hesab yalnız 68-ci dəqiqədə açılıb. Rövlan Muradov meydan sahiblərini məyus edib. 4 dəqiqə sonra Ülvi İbazadə fərqi artırmağa müvəffəq olub.
Qarşılaşmanın sonlarında isə Amin Seydiyev böyükhesablı qələbəni rəsmiləşdirən qola imza atıb - 3:0.
Beləliklə, mövsümdə 11-ci qələbəsini qazanan əvəzedicilər 8-ci böyük hesabla qalib gəlib. Turun digər oyunları sabah keçiriləcək: "Zirə" - "Qarabağ", "Sumqayıt" - "Səbail".
"Kəpəz" - "Qəbələ" - 0:3
Qollar: Rövlan Muradov, 68. Ülvi İbazadə, 72. Amin Seydiyev, 84.
"Neftçi" - "Keşlə" - 0:0

