Cavidan Qasımlı het-trik etdi, "Neftçi" "Səbail"ə qalib gəldi

13 İyul 2017 10:24 Əvəzedicilər 1 553
Cavidan Qasımlı het-trik etdi, "Neftçi" "Səbail"ə qalib gəldi

"Neftçi”nin əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" "Səbail” klubunun əvəzediciləri ilə qarşılaşıb.

İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüş 4:1 hesablı qələbə ilə nəticələnib. "Neftçi”nin heyətində Cavidan Qasımlı het-trikə imza atıb. Bir dəfə isə İbrahim Əliyev fərqlənib.

"Neftçi"nin əvəzediciləri iyulun 15-də keçiriləcək növbəti yoxlama oyununda "Sumqayıt” klubunun əvəzediciləri ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti