"Onun meydandan kənarda nə etdiyi bizim problemimiz deyil"

29 Noyabr 2020 00:28 Dünya futbolu 462
"Onun meydandan kənarda nə etdiyi bizim problemimiz deyil"

İsveç millisinin və “Milan”ın ulduzu Zlatan İbrahimoviç dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı hücumçu argentinalı ulduzu tanıya bildiyi üçün özünü xoşbəxt hiss etdiyini deyib:

“Mənim üçün Maradona futbolçudan daha artıqdır. O, bir çox insan üçün tanrıya çevrilmişdi. Maradonanı tanıdığım, onunla söhbət edə bildiyim üçün xoşbəxtəm.

Onu bir futbolçu kimi unutmamalıyıq və inanıram ki, daim xatırlayacağıq. Maradonanın meydandan kənarda nə etdiyi bizim problemimiz deyil.

Meydandan kənarda baş verənlərin əhəmiyyəti yoxdur. 10 rəqəmini görəndə dərhal Maradonanı düşünürsən. Bu, bir simvoldur. Hətta hazırda çoxları Maradonanın şərəfinə bu nömrə altında çıxış edir”.

Maradona 4 gün əvvəl 60 yaşında ürək tutmasından dünyasını dəyişib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda