“Bizə mesaj göndərmək lazım idi: hər birimiz nəyisə qurban etməyə çalışdıq"

25 Sentyabr 2023 10:20 İtaliya 846
“Bizə mesaj göndərmək lazım idi: hər birimiz nəyisə qurban etməyə çalışdıq"

“Roma”nın hücumçusu Paulo Dibala klubun yeni transferlərindən danışıb.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu yeni transferlərə görə şad olduğunu bildirib:

“Bizə mesaj göndərmək, nəyisə dəyişmək lazım idi: hər birimiz nəyisə qurban etməyə, daha çox şey verməyə çalışdıq. Düşünürəm ki, “Empoli” ilə oyunda (7:0) bunu bacardıq.

Bütün yeni transferlərə görə şadam. Baş məşqçi ilə danışdım və milli komandalara görə beynəlxalq fasilədə yenidən formamı bərpa etməyə çalışdım.

İndi özümü yaxşı hiss edirəm. “Roma”da eqoizm yoxdur”.

29 yaşlı hücumçu 2022-ci ilin iyulunda “Yuventus”dan “Roma”ya keçib. O, Roma klubunda 39 oyun keçirib, 18 qol vurub və 8 məhsuldar ötürmə edib. Dibalanın klubla müqaviləsi 2025-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti