Ronaldo: "Azarkeşsiz futbol sirkə gedib klounları görməmək kimi bir şeydir"

9 Sentyabr 2020 12:30 Dünya futbolu 473
Ronaldo: "Azarkeşsiz futbol sirkə gedib klounları görməmək kimi bir şeydir"

"Azarkeşlərin tribunalardan fitə basmalarını sevirəm. Bu, məni daha da motivasiya edir".

bu fikirləri "Yuventus"da çıxış edən Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo İsveçi səfərdə 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra "Record"a açıqlamasında deyib.

35 yaşlı hücumçu matçların azarkeşsiz keçirilməsinə toxunub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarlarının önəmli olduğunu sözlərinə əlavə edib:

"ÜST azarkeşləri qəbul etməklə bağlı şəraitin olmadığını deyirsə, deməli, belədir. Sağlamlıq və insanların həyatı birinci yerdədir. Ancaq tribunalarda azarkeşsiz oynamaq - sirkə getmək və orada klounları görməmək kimi bir şeydir".

Qarşılaşmada dubl edən Kriştianu Ronaldo vurduğu birinci qolla milli komandalarda 100-cü qola çatan ikinci futbolçu olub. O, bu göstəricidə yalnız İran seçməsinin Azərbaycan əsilli forvardı Əli Daeidən geri qalır. Veteran futbolçunun aktivində 109 qol var.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı