Koronavirusdan sonra futbol tamamilə fərqli olacaq – Prezident 

3 Aprel 13:26 Dünya futbolu 163
Koronavirusdan sonra futbol tamamilə fərqli olacaq – Prezident 

FİFA prezidenti Canni İnfantino koronavirus epidemiyası başa çatdıqdan sonra futbolun necə görünəcəyi ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, İnfantino futbolun tamamilə fərqli olacağını deyib. O, bu dərsin hamı tərəfindən öyrənilməli olduğunu vurğulayıb:

“Futbol mütləq qayıdacaq. Qayıtdıqdan sonra isə biz bu kabusun başa çatdığını görəcəyik. Onda bunu birgə bayram edəcəyik.

Amma bir şey aydındır: Futbol tamamilə fərqli olacaq. Bu dərsi hamımız öyrənməliyik. Futbol daha da sosiallaşacaq, birləşdirici olacaq.

Futbol fərdi şəkildə ölkələrə daha çox bağlanacaq və həm də daha çox qloballaşacaq. Təkəbbür onu tərk edəcək və xoş niyyət gələcək. İnsanpərvərliyə, vacib dəyərlərə diqqət daha çox artacaq”.

Xəbər Lenti
4 İyun 22:20 Ronaldo bunu da etdi ...