Ernan Krespo bu klubun baş məşqçisi oldu - RƏSMİ

26 Yanvar 2020 16:53 Dünya futbolu 759
Ernan Krespo bu klubun baş məşqçisi oldu - RƏSMİ

Argentina millisinin sabiq futbolçusu Ernan Krespo "Defensa və Xustisiya" komandasına baş məşqçi təyin olunub.

Sportinfo.az xəbər verir ki, 44 yaşlı veteran futbolçu Argentina klubu ilə rəsmən anlaşıb. Lakin müqavilənin detalları barədə məlumat verilməyib.

"Defensa və Xustisiya" 16 oyundan 21 xalla 16-cı yerdədir. Turnir cədvəlinə "River Pleyt" başçılıq edir.

Krespo karyerası ərzində İtaliyanın "Parma", "Latsio", "İnter", "Milan" və "Cenoa", eləcə də İngiltərənin "Çelsi" klubunda forma geyinib. Ümumilikdə 17 kubok qazanmış keçmiş forvard Argentina yığmasında 64 oyuna 35 qol vurub. Məşqçi kimi İtaliyanın "Modena" və Argentinanın "Banfild" klublarını çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti