VAR prezidenti qane etmir: "Amma geriyə yol yoxdur"

4 Dekabr 2019 23:45 Dünya futbolu 801
VAR prezidenti qane etmir: "Amma geriyə yol yoxdur"

UEFA prezidenti Aleksander Çeferin VAR (video-köməkçi hakim) sisteminə neqativ yanaşdığını etiraf edib. Sportinfo.az xəbər verir ki, sloveniyalı funksioner "The Mirror"a açıqlamasında yeni sistemi qarışıqlıq adlandırıb.

Hazırda VAR bir çox nüfuzlu yarışda və müxtəlif ölkələrin çempionatlarında tətbiq olu Onun fikrincə, bir-iki santimetrlik fərqin olduğu epizodu incələmək lazım deyil. Çeferin Beynəlxalq Futbol Assosiasiyaları Şurasına və hakimlərə qaydaları dəyişməyi təklif edəcəklərini diqqətə çatdırıb:

"İndi futbolda tam fərqli təzyiq var. Baş hakim meydandadırsa və stadionda 70 - 80 min insan qışqırırsa, müəyyən epizodla bağlı düzgün qərarı London, Berlin və ya başqa yerdə olan yox, məhz siz çıxarmalısınız. Mən fanat deyiləm. VAR-a qarşı çox skeptik mövqedəyəm və indi deyə bilərəm ki, nəticə məni qane etmir. Lakin, təəssüf ki, geriyə yol yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti