"Heç kim Pele ilə müqayisə oluna bilməz"

19 Noyabr 2019 13:33 Dünya futbolu 523
"Heç kim Pele ilə müqayisə oluna bilməz"

Braziliya millisinin baş məşqçisi Tite argentinalı Lionel Messi ilə Peleni müqayisə etmək istəməyib.

Sportinfo.az xəbər verir ki, 58 yaşlı mütəxəssis suala belə cavab verib:

"Heç kim Pele ilə müqayisə oluna bilməz. Bilirsiz, kimsə hansısa idmançını Pele ilə müqayisə edəndə nə edirəm? Qulaq asıram, amma fikir vermirəm. Bunu deyən Pelenin tarixini bilmir. O, fenomenal futbolçu olub. Bir dəfə demişdim ki, Messi qeyri-adi oyunçudur. Amma mən hazırkı dövr üçün nəzərdə tuturdum. Braziliyalı olduğum üçün demirəm, həqiqətən Pele tam başqa futbolçudur. Messi ilə Peleni müqayisə edənləri anlamıram".

Pele üçqat dünya çempionudur. Lionel Messi isə Argentina millisinin heyətində DÇ-2014-ün finalında oynayıb və Almaniyaya məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti