Ronaldo azərbaycanlı futbolçuya çatır - 11 qol qaldı

15 Noyabr 10:55 Dünya futbolu 1 085
Ronaldo azərbaycanlı futbolçuya çatır - 11 qol qaldı

Portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldo tezliklə milli komandalarda vurulan qol sayına görə dünya rekordçusu ola bilər.

Sportinfo.az xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsində Portuqaliyanın Litvanı 6:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada Ronaldo 3 qola imza atıb. Bununla 34 yaşlı forvard karyerasında 55-ci het-trikini edib. Ronaldo sonuncu dəfə bu ilin sentyabrında - yenə Litva ilə matçda 4 qol vurmuşdu.

Ronaldo dunənki het-trikindən sonra millidə vurduğu qolların sayını 98-ə çatdırıb. İndi onu dünya rekordçusu - İran yığmasında oynamış cənublu soydaşımız Əli Daidən (109 qol) cəmi 11 top ayırır.

Xəbər Lenti
7 Dekabr 12:15 O gəlir, Şeydayev gedir
7 Dekabr 11:47 Sadio Mane - ən yaxşı
7 Dekabr 09:00 "Sumqayıt" "YOX" deyir