Zubir komanda yoldaşını özündən necə çıxardı?

24 Avqust 2024 01:00 Qarabağ 6 923
Zubir komanda yoldaşını özündən necə çıxardı?

“Qarabağ” ÇL-in pley-off mərhələsinin ilk matçında Zaqreb “Dinamo”suna böyük hesabla məğlub oldu - 0:3.

Sportinfo.az xəbər verir ki, Xorvatiya mətbuatı “Maksimir” stadionun media sektorunda yaşanan maraqlı anlarla bağlı yazı paylaşıb.

Baş rolda isə “köhlən atlar”ın monteneqrolu müdafiəçisi Marko Veşoviçdir. Sizi “Germanijak”ın məqaləsiylə tanış edirik:

“Matçın başlamasından bir neçə saniyə sonra oynamayan “Qarabağ”lıların media sektoruna daxil olması bizi təəccübləndirdi. Axı UEFA-nın belə məsələlərlə bağlı sərt qaydaları var!

Düzü, futbolçuların jurnalistlərin arasında olması bizə qəribə gəldi. Onlar qarşımızda oturmuşdu.

Hətta biri yağışdan qorunmaq üçün bir neçə cərgə arxaya keçmək istədiklərini dedi. Əsl ev sahibi kimi davranıb, onlara “yaşıl işıq” yandırdıq.

Oyunçular arasında vaxtilə “Riyeka” formasıyla “Dinamo” azarkeşlərinə xeyli başağrısı verən monteneqrolu Marko Veşoviçi dərhal tanıdıq.

Bəli, bu üzdən “Dinamo”lular onu sevmirdi. Amma əsl döyüşçü olduğundan, hörmət edirdilər.

İndi zədəli olduğu üçün jurnalsitlərin arasında idi. Görünür, cavab matçında da meydanda ola bilməyəcək.

Veşoviç dərhal tanıdığı xorvatiyalı jurnalistlərlə salamlaşdı. Həmkarımız ona “indi meydanda olmaq istərdin, yoxsa bura yaxşıdır” sualını ünvanladı ki, cavab belə oldu: “Əlbəttə, meydanda olmaq istərdim!”.

“Qarabağ” artıq ikinci dəqiqədə qol vuranda Veşoviç sevincindən ayağa qalxıb qışqırdı: “Bəli, budur!”.

O başqa məsələ ki, qol ofsayd səbəbindən sayılmadı və “Qarabağ”lının sevinci uzun çəkmədi. Veşoviç Stefan Ristovskiylə (“Dinamo”nun futbolçusu) yaxın dostdur.

Amma suallardan yayınmaqla, telefona baxmaqla bunu büruzə verməməyə çalışırdı. O, Zubirin 40-cı dəqiqədə qaçırdığı epizodda özündən çıxdı, hətta əliylə masanı yumruqladı: “Daha çox vur, daha möhkəm vur, Zubir...”.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!