“Məcburi ayrılmışdım - Orada xoşbəxt deyildim, zövq almırdım”

2 Mart 00:10 Dünya futbolu 714
“Məcburi ayrılmışdım - Orada xoşbəxt deyildim, zövq almırdım”

“İnter Mayami”nin ulduzu Lionel Messi bir neçə il öncə PSJ-dən ayrılması barədə danışıb.

Sportinfo.az xəbər verir ki, argentinalı forvard Fransada xoşbəxt olmadığını bildirib:

“Barselona”dan məcburi ayrıldıqdan sonra PSJ-yə keçmişdim. Bu iki il mənim üçün o qədər də xoş keçmədi.

Xoşbəxt deyildim, məşqlərdən, oyunlardan zövq almırdım, adaptasiya prosesi mənim üçün çətin idi.

Mən “İnter Mayami”yə keçmək istədiyimi hiss edirdim - böyüyən və hələ çox gənc olan bir klub, cəmi bir neçə illik tarixi var.

Onun inkişafına kömək etmək ideyası xoşuma gəldi. Üstəlik, bilirdim ki, bu şəhər həm mənə, həm də ailəmə xoş olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?