24 təqvim ilinin hər birində qol vuran ilk oyunçu oldu - RONALDO

11 Yanvar 2025 10:20 Dünya futbolu 922
24 təqvim ilinin hər birində qol vuran ilk oyunçu oldu - RONALDO

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, onun rekordu ölkə çempionatının 14-cü turunda “Əl-Ohdud"la oyunda qeydə alınıb.

“Əl-Nəsr”in 3:1 hesabı ilə qalib gəldiyi oyunda komandanın qollarını Sadio Mane (2) və Kriştiano Ronaldo vurub. Portuqaliyalı hücumçu görüşdə fərqlənməklə unikal göstəriciyə imza atıb.

Ronaldo karyerasında 24 futbol təqvimi ilinin hər birində qol vuran ilk oyunçu adını qazanıb. Bu, həm də 39 yaşlı hücumçunun 2025-ci ildə ilk qolu olub

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!