Yaponiya millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Dzyuniti İnamoto karyerasını 45 yaşında başa vurub.
Sportinfo.az xəbər verir ki, bu barədə sabiq yarımmüdafiəçi özü sosial şəbəkə hesabında paylaşım edib.
2006/2007 mövsümündə “Qalatasaray”da çıxış edən İnamoto Türkiyədə forma geyinən ilk yapon kimi tarixə düşmüşdü. O, “sarı-qırmızılar”ın heyətində 34 matçda 1 qol vurub.
Futbolçu son olaraq ölkəsinin “Nankatsu” klubunun şərəfini qoruyub.