Millidə 100 qələbə qazanan ilk futbolçu oldu - Ronaldodan yeni rekord

14 Oktyabr 2024 10:00 Dünya futbolu 1 776
Millidə 100 qələbə qazanan ilk futbolçu oldu - Ronaldodan yeni rekord

Portuqaliya millisinin ulduzu Kristiano Ronaldo yeni rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, hücumçu yığmada keçirdiyi rəsmi oyunlarda 100 qələbə qazanan ilk futbolçu olub.

39 yaşlı futbolçu bunu ötən gün Millətlər Liqasında baş tutan Polşa ilə görüşdə reallaşdırıb.

Bundan əlvə o, yoldaşlıq oyunları da daxil olmaqla qələbələrin sayına görə İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramosun rekordunu (131) təkrarlayıb.

Polşa – Portuqaliya matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ronaldo bu oyunun 37-ci dəqiqəsində qol vurmaqla diqqət mərkəzinə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da