
ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi MLS-də keçiriləcək “All-Star” oyununu buraxacaq.
Sportinfo.az” xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Bildirilib ki, buna səbəb hücumçunun Amerika Kubokunun finalında, Kolumbiya ilə qarşılaşmada aldığı zədədir.
Həmçinin onun komanda yoldaşı Suares də dizindəki narahatlıq səbəbindən oyunda iştirak etməyəcək.
Lakin “İnter Mayami”ni təmsil edən “Barselona”nın digər iki keçmiş futbolçuları Serxio Buskets və Jordi Albanən bu qarşılaşmada meydana çıxması gözlənilir.
Bu gün baş tutacaq “All-Star” matçında Meksika Liqasının və MLS-in ən yaxşı futbolçularından ibarət komandalar üz-üzə gələcək.