Üçüncü yer hansı komandanın oldu? - Amerika kubokundan VİDEO

14 İyul 2024 10:15 Dünya futbolu 596
Üçüncü yer hansı komandanın oldu? - Amerika kubokundan VİDEO

Amerika kubokunda üçüncü yer uğrunda matç baş tutub.

Sportinfo.az xəbər verir ki, Uruqvay Kanada ilə qarşılaşıb.

Matçın əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub.

Uruqvay 4:3 qalib gələrək üçüncü yerin sahibi olub.

Final matçı isə iyulun 15-də baş tutacaq. Argentina Kolumbiya ilə üz-üzə gələcək.

Kanada - Uruqvay - 2:2 (penaltilər seriyası - 3:4)
Qollar
: Bentankur, 8 (0:1), Kone, 22 (1:1), Devid, 80 (2:1), Suares, 90+2 (2:2)

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!