COP29

ÇL və AL-də həftənin ən yaxşı oyunçusu seçildi

1 Dekabr 2023 21:40 Dünya futbolu 336
ÇL və AL-də həftənin ən yaxşı oyunçusu seçildi

Çempionlar Liqası və Avropa Liqasında həftənin futbolçularının adı dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, Çiro İmmobile ÇL-in, Mixael Qreqoriç isə Avropa Liqasında həftənin oyunçusu seçilib.

33 yaşlı italiyalı turnirin qrup mərhələsinin 5-ci turunun “Seltik”lə görüşündə (2:0) əvəzetmədən meydana daxil olub dubla imza atıb.

Bu ada həmçinin “Mançester Siti”dən Fil Foden, “Benfika”dan Joao Mario və “Qalatasaray”dan Hakim Ziyeç namizəd idi.

Qreqoriç isə "Frayburq"un heyətində Avropa Liqasında qrup mərhələsinin 5-ci turunda “Olimpiakos”la qarşılaşmada (5:0) het-trik edib, bir məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"