COP29

Derbi bu dəfə Qətərdə baş tutacaq - Televiziya qazancına görə

10 Sentyabr 2023 10:15 Dünya futbolu 787
Derbi bu dəfə Qətərdə baş tutacaq - Televiziya qazancına görə

Oktyabrın 1-də İran çempionatında mövsümün əsas oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, "Euro-Footbal" ölkənin əsas klubları - "Persepolis" və "İstiqlal" arasında derbinin Qətərdə baş tutacağı ilə bağlı məlumat yayıb.

Xəbərə görə, 102-ci İran derbisi haqda hələ rəsmi qərar verilməyib, amma hər şey buna doğru gedir.

Səbəbə gəlincə, birincisi, bu, region üçün vacib idman tədbirinin televiziya yayımından daha çox qazanc əldə etməyə imkan verəcək,

ikincisi, Qətər ən yaxşı VAR sisteminə malikdir ki, bu da ən vacib matç zamanı hər hansı anlaşılmazlığı aradan qaldırmağa kömək edəcək.

İndi komandalar turnir cədvəlində qonşu yerləri - ikinci və üçüncü pillələri tuturlar.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?