"Geridə o qədər titullar, qollar və sevincli anlar qoyub getdin"

11 Yanvar 2023 12:20 Dünya futbolu 495
"Geridə o qədər titullar, qollar və sevincli anlar qoyub getdin"

PSJ-nin müdafiəçisi Serxio Ramos futbolçu karyerasını başa vuran keçmiş komanda yoldaşı Qaret Beyllə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı sosial şəbəkə hesabında bunları yazıb:

“Qaret, səninlə çox gözəl anları bölüşmək mənim üçün çox xoş idi… Geridə o qədər titullar, qollar və sevincli anlar qoyub getdin.

Həyatının yeni mərhələsində sənə uğurlar arzulayıram”.

Futbolçular 2013-2021-ci illərdə “Real”da birgə çıxış ediblər. Onlar birlikdə üç dəfə İspaniya çempionatının, İspaniya kubokunun və superkubokunun, həmçinin beş dəfə Çempionlar Liqasının qalibi olublar.

Uelsli futbolçu yanvarın 9-da, 33 yaşında karyerasını bitirdiyini elan edib.

Beylin son komandası Amerikanın “Los Anceles” klubu olub. O, “Sauthempton” və “Tottenhem” kimi komandalarda da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"