Dünya çempionatı üçün peyvəndlənmə tələb edəcək - Qətər

22 İyun 2021 10:20 Dünya futbolu 659
Dünya çempionatı üçün peyvəndlənmə tələb edəcək - Qətər

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı yeni qərar qəbul edilib.

Sportinfo.az xəbər verir ki, Qətər hökumətinin rəsmisi Şeyd Xalid oyunlara qatılmaq üçün azarkeşlərdən koronavirus əleyhinə peyvəndlənmə tələb edəcəklərini deyib:

"Hazırda mundiala gələnləri immunizasiya etmək məqsədi ilə bir milyon doza koronavirus peyvəndi almaq üçün bir şirkətlə danışıqlar aparırıq. Bizim əsas məqsədimiz vətəndaşların və bütün azarkeşlərin sağlamlığını qorumaqdır".

DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti