Ronaldo nikbin danışdı: "Söz verə bilərəm ki..."

11 İyun 2021 10:00 Dünya futbolu 714
Ronaldo nikbin danışdı: "Söz verə bilərəm ki..."

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Avro-2020 öncəsi fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, o, turnirdə oynayacaqları bütün komandalara hörmət etdiklərini deyib:

"Asan matçlar olmayacaq. Özümü Avropa çempionatında ilk dəfə çıxış edirmiş kimi hiss edirəm. 2004-cü ildə ilk dəfə oynadığım qədər, bəlkə də ondan da çox motivasiyalıyam".

Avro-2016-nın qalibi olan yığmanın hücumçusu bildirib ki, bu dəfə də turnirin favoritlərdəndirlər: "Biz keçmiş çempionuq və bir daha favoritlər arasındayıq.

Titul vəd etməyin və ya proqnoz verməyin mənası yoxdur. Söz verə bilərəm ki, hər matçda qələbə qazanmağa çalışacağıq".

Portuqaliya Avro-2020-nin qrup mərhələsində ilk oyununu iyunun 15-i Macarıstana qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!