
İspaniya kubokunun 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. Sportinfo.az xəbər verir ki, mərhələnin ilk oyun günündə 4 qarşılaşma baş tutub. “Selta” səfərdə son vaxtlar yaxşı günlərini yaşamayan “Valensiya”nı böyük hesabla məğlub edərək (4:1), 1/4 finala bir az da yaxınlaşıb.
Viqo təmsilçisi kimi “Eybar” da ilk oyunda işini böyük ölçüdə həll edib. “Göy-qırmızılar” səfərdə “Osasuna”ya şans verməyib (3:0). “Atletiko”da ilk oyunundan qələbəylə ayrılıb. “Hindular” “Las Palmas”ı 2:0 hesabıyla məğlub edərək, 1/4 finala vəsiqə istiqamətində mühüm addım atıb.
“Alaves” isə səfərdə “Deportivo”yla “sülh bağlayıb” - 2:2. Maraqlıdı ki, mərhələnin ilk oyun günündə keçirilmiş bütün qarşılaşmalarda ev sahibləri qələbəyə həsrət qalıblar (1 heç-heçə, 3 məğlubiyyət).
"Valensiya" - "Selta" 1:4
Parexo, 58-pen - Yaqo Aspas, 3-pen. Bonqonda, 14. Vass, 19. Quidetti, 75.
"Osasuna" - "Eybar" 0:3
Nano, 28. Bebe, 75. Adrian, 90.
"Las Palmas" - "Atletiko" 0:2
Koke, 24. Qrizmann, 51.
"Deportivo" - "Alaves" 2:2
Bruno Qama, 74. Xoselu, 90+3 - Kristian Santos, 3. Edqar Mendes, 45+2-pen