Beyl Azərbaycanla oyun üçün bu addımı atdı

31 Oktyabr 2019 09:23 DÇ-2018 618
Beyl Azərbaycanla oyun üçün bu addımı atdı

"Real"ın hücumçusu Qaret Beylin Londona səfərinin səbəbi məlum olub. Sportinfo.az xəbər verir ki, ulduz futbolçu fiziki durumunu yaxşılaşdırmaq üçün bunu edib.

Belə ki, Beyl fizioterapevti Denni Mörfinin yanına gedərək, onun proqramı sayəsində fiziki gücünü bərpa etmək niyyətindədir. Onun, xüsusən də, AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla keçiriləcək oyunlar üçün bu addıma əl atdığı bildirilir.

Beyl vacib qarşılaşmalarda komandasına kömək etməkdə qərarlıdır. Lakin kapitanın hazırkı durumu Uels millisinin baş məşqçisi Rayan Giqqzi narahat edir.

Kritik qarşılaşmalar öncəsi qol "silah"ının oyun praktikasından əziyyət çəkməsi 46 yaşlı mütəxəssisi düşündürən məqamdı. Noyabrın 16-da Azərbaycan millisinin qonağı olacaq Uels yığması bundan 3 gün sonra Macarıstanı qəbul edəcək.

Xəbər Lenti