PFL FİFA-dan məhkəməyə şikayət etməyi planlaşdırır

10 Yanvar 2017 17:36 DÇ-2018 1 635
PFL FİFA-dan məhkəməyə şikayət etməyi planlaşdırır

FİFA-nın dünya çempionatı iştirakçılarının sayının artırılması ilə bağlı qərarına qarşı çıxılıb. Sportinfo.az xəbər verir ki, İspaniya Peşəkar Futbol Liqası ali futbol qurumunun yeni qərarı ilə razı deyil. İspanlar FİFA-dan şikayət etməyi planlaşdırırlar.

Ölkənin Peşəkar Futbol Liqasının prezidenti Xavyer Tebas son qərarla bağlı Brüssel və Nyon məhkəmələrinə müraciət ünvanlayacaq. Tebas bir müddət öncə açıqlamasında FİFA-nın bu addımının daxili çempionatların maraqlarına uyğun gəlmədiyini bildirmişdi. FİFA-nın bu gün keçirilən iclasında DÇ-2026-dan etibarən mundial iştirakçılarının sayının 48-ə çatdırılmasına qərar verilib.

Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda