AFFA yeni yarışın əsasını qoydu - FOTO

23 Fevral 2020 09:20 DÇ-2018 668
AFFA yeni yarışın əsasını qoydu - FOTO

AFFA 2020-ci il “Könüllülər ili”nə həsr olunmuş futbol üzrə “Könüllülər kuboku” təşkil edəcək.

Sportinfo.az xəbər verir ki, “Avro-2020”nin Bakıda keçiriləcək 4 oyunu üçün seçilən 2020 könüllü arasında martın 7-dən start götürəcək yarış Avropa çempionatı çərçivəsində təşkil olunan maraqlı idman tədbirlərindən biri olacaq.

“Könüllülər kuboku”nun keçirilməsində məqsəd həm Bakının ev sahibliyi edəcəyi “Avro-2020” oyunlarında iştirak edəcək könüllülər arasında sağlam həyat tərzini təbliğ etmək, həm də çempionat barədə onları ətraflı məlumatlandırmaqdır.

“Avro-2020”də könüllü olmaq şansını qazanan hər kəs https://euro2020.affa.az/az/volunteers-cup/ keçidinə daxil olub, fərdi şəkildə qeydiyyatdan keçməlidir. Qeydiyyat üçün son tarix martın 2-dir.

Qeyd edək ki, Bakıda könüllülərin qeydiyyat mərhələsinə 2019-cu ilin iyun ayından etibarən start verilib. Beş ay ərzində 6797 könüllü namizəd qeydiyyatdan keçib və müraciət sayına görə Bakı Avropa çempionatına ev sahibliyi edəcək 12 şəhər arasında ən yüksək göstəriciyə sahibdir.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!