Beyl Azərbaycana gəlmir?

15 Oktyabr 2019 09:28 DÇ-2018 621
Beyl Azərbaycana gəlmir?

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels ciddi itki ilə üzləşib. Sportinfo.az xəbər verir ki, Xorvatiya ilə qarşılaşmada britaniyalıların iki oyunçusu zədələnib.

Söhbət yarımmüdafiəçi Harri Uilson və hücumçu Qaret Beyldən gedir. Uilson rəqibin kapitanı Luka Modriçlə toqquşaraq, həm özü zədələnib, həm də rəqibi sıradan çıxarıb. Nəticədə Modriç 90-cı dəqiqədə əvəzlənib və meydanı axsayaraq tərk edib.

Son dəqiqələrdə kapitan Qaret Beyl də zədə alıb. Lakin baş məşqçi əvəzləmə limitini doldurduğundan, ulduz futbolçu sona qədər mübarizəni davam etdirməli olub.

Həm Uilson, həm Beyl, həm də xorvatların yarımmüdafiəçi Luka Modriçin durumu barədə hələ dəqiq məlumat verilməyib. Ancaq hər üç oyunçunun bir müddət sıradan çıxması istisna edilmir. Beylin zədəsinin ciddi olduğu aşkarlansa, seçmə mərhələnin növbəti turunda Azərbaycan millisi ilə qarşılaşmanı buraxa bilər.

1:1 hesabı ilə nəticələnən Uels - Xorvatiya qarşılaşmasında sarı vərəqə alan britaniyalıların yarımmüdafiəçisi Co Allen cəzalı duruma düşdüyündən, noyabrın 16-da yığmamızla Bakıdakı oyunu buraxacaq.

Xəbər Lenti