UEFA rəsmisi vəzifəsindən istefa verib – Fikir ayrılığına görə

25 Yanvar 2024 21:40 DÇ-2018 478
UEFA rəsmisi vəzifəsindən istefa verib – Fikir ayrılığına görə

Xorvatiya millisinin və “Milan”ın sabiq futbolçusu Zvonimir Boban UEFA-nın futbol departamentinin rəhbəri vəzifəsindən istefa verib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə özü məlumat yayıb.

Boban UEFA-nın prezidenti Aleksander Çeferinlə fikir ayrılığına görə belə addım atıb.

Çeferin 4-cü dəfə UEFA prezidenti seçilməsi (2031-ci ildədək) üçün UEFA-nın nizamnaməsində dəyişiklik edib.

Boban isə Çeferinin bu addımına qarşı çıxıb. Tərəflər razılaşa bilmədikləri üçün Boban vəzifəsini tərk edib.

Boban 2021-ci ildən UEFA-nın direktoru vəzifəsində çalışırdı. O, 2016-2019-cu illər aralığında FİFA-nın baş katibinin müavini kimi fəaliyyət göstərib.

Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda