Ronaldo “Əl Nəsr”dən hansı kluba getmək istəyir? - GÜNÜN ŞOK İDDİASI

1 May 2023 21:20 DÇ-2018 2 324
Ronaldo “Əl Nəsr”dən hansı kluba getmək istəyir? - GÜNÜN ŞOK İDDİASI

“Əl Nəsr”ın hücumçusu Kriştiano Ronaldo klubu tərk edərək, Madridə qayıtmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, Ronaldo Səudiyyə Ərəbistanına və ölkənin mədəniyyətinə uyğunlaşmaqda çətinlik çəkib.

Üstəlik, portuqaliyalı forvard yerli dili də bilmir. Ronaldo 9 ilini “Real” formasında keçirdiyi Madridə qayıtmaq niyyətindədir.

Həmçinin bildirilir ki, “Real”ın prezidenti Florentino Peres Ronaldoya kluba səfir kimi qayıtmağı və ya Madrid təmsilçisinin idman rəhbərliyində vəzifə təklif etməyə hazırdır.

Kriştiano bu ilin əvvəlində “Əl Nəsr”a keçib. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.

38 yaşlı futbolçu bu mövsüm Səudiyyə Ərəbistanında 12 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!