Avropa yığmasına dəvət alan azərbaycanlıların… - FOTO

9 May 2020 16:14 Digər növlər 575
Avropa yığmasına dəvət alan azərbaycanlıların… - FOTO

2021-ci ildə Belarusun paytaxtı Minskdə keçirilməsi planlaşdırılan atletika üzrə Avropa və ABŞ yığmaları arasındakı qarşılaşma ləğv olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Avropa Atletika Assosiasiyasının Şurası qərar verib.

Görüşün ləğv olunması Tokio Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınması ilə bağlıdır. Növbəti oyunun 2023-cü ildə ABŞ-da keçirilməsi planlaşdırılır.

ABŞ və Avropa komandalarının ötən ilki görüşü də Minskdə olub.

Üç təkanla tullanma yarışında Avropa çempionu Nazim Babayev Türkiyə yığmasının heyətində 200 metr məsafəyə qaçışda qitə və dünya çempionu Ramil Quliyevlə birgə Avropa komandasının heyətində yer alıb.

Avropa-ABŞ matçında Quliyev 1-ci, Babayev 7-ci olub.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular