Yığmada işləmiş məşqçilər çempionatda debüt edəcək komandada

1 Avqust 2024 23:40 I Divizion 1 724
Yığmada işləmiş məşqçilər çempionatda debüt edəcək komandada

Millinin iki məşqçisi bundan sonra I Liqada işləyəcək.

Araz Qulamov və Zamir Həsənov «Baku Sportinq»də çalışacaq.

Buzovna təmsilçisini II Liqanın çempionu edən Elman Sultanov onları öz korpusuna daxil edib. Həmçinin Toğrul Əhmədov qapıçılar üzrə köməkçi kimi burada fəaliyyətini davam etdirəcək.

Onlarla birillik müqavilə bağlanıb. Qulamov oğlanlardan ibarət U-21 yığmasında Samir Əliyevin əsas yardımçısıdır.

Bir neçə il qabağa kimi qızlardan ibarət yığmasının sükanı arxasında dayanmış Həsənovun son iş yeri isə «Şamaxı» olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:50 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Deyir, hələ öyrənirik