Baş katib hamını əmin etdi: "Heç bir risk yoxdur"

12 Mart 2020 15:04 Digər növlər 916
Baş katib hamını əmin etdi: "Heç bir risk yoxdur"

Gimnastika üzrə Dünya Kubokunun Bakı mərhələsinin Təşkilat Komitəsi iştirakçıları koronavirus təhlükəsindən qorumaq üçün onlara aid olan bütün lazımi tədbirləri görüb.

bu barədə TASS-a açıqlamasında Azərbaycan Milli Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.

Federasiya rəsmisi bildirib ki, bu gün Milli Gimnastika Arenasında start götürən Dünya Kubokunun keçirilməsi üçün heç bir risk yoxdur:

"Dünya Kubokunun Bakı mərhələsi Toki-2020 Yay Olimpiya Oyunları üçün təsnifat turnirlərindən biridir. 42 ölkədən olan bütün nümayəndələr artıq ölkəmizdədir. Heç bir risk yoxdur.

Təşkilat Komitəsi insanların təhlükəsizliyi üçün əlindən gələni edir. Koronavirus elan edildikdən sonra fevralın ortalarında bizdə batut gimnastikası üzrə Dünya Kuboku davam edirdi. Onda da hər şey normal oldu".

N.Məmmədzadənin sözlərinə görə, epidemioloji vəziyyətin daha əlverişsiz olduğu ölkələrdən gələn qonaqlar müayinə üçün dərhal xəstəxanaya aparılıblar:

"Burada söhbət Çin, Cənubi Koreya, İtaliya və İran nümayəndələrindən gedir. Xoşbəxtlikdən onların heç birində problem aşkarlanmayıb. Hamısı sağlamdır".

Baş katib əsas və məşq zallarında əllər üçün divar sterilizatorları quraşdırılıb: "Girişdə istilikölçən də var. Binaya girən insanların hamısı bədən istiliyini uzaqdan ölçə bilərlər.

Bu yolla arenaya daxil olan hər bir insanın sağlamlıq vəziyyəti haqqında məlumat alırıq. Hər gün məşq və yarışlar bitdikdən sonra zalın dezinfeksiya olunması planlaşdırılıb. Həmçinin növbətçi tibb briqadalarının sayı da 3-dən 4-ə yüksəldilib".

Tokio olimpiadasına lisenziya xarakteri daşıyan idman gimnastikası üzrə Dünya kuboku martın 15-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti