Nazir Azərbaycan yığmasının üzvünə vəzifə verdi - RƏİS OĞLU

7 Mart 2020 17:10 Digər növlər 769
Nazir Azərbaycan yığmasının üzvünə vəzifə verdi - RƏİS OĞLU

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Vüsal Qələndərov Abşeron Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Bundan əvvəl həmin vəzifədə çalışan polis mayoru Qara Abdullayev nazirin müvafiq əmri ilə Nəsimi Rayon DYP Şöbəsinə rəis təyin olunub.

V.Qələndərov daha əvvəl Nəsimi Rayon DYP Şöbəsinin rəisi vəzifəsindən azad edilən Qəhrəman Qələndərovun oğludur.

V.Qələndərov Azərbaycan kempo yığma komandasının üzvüdür. O, ötən il həmin döyüş növü üzrə dünya ikincisi olub.

Digər Xəbərlər
Xəbər Lenti