Bakıda ilk dəfə "1-ci AGF Junior Trophy" keçiriləcək - FOTO

19 Fevral 2020 20:20 Digər növlər 1 078
Bakıda ilk dəfə "1-ci AGF Junior Trophy" keçiriləcək - FOTO

Martın 7-də Milli Gimnastika Arenasında ilk dəfə kişi idman gimnastikası üzrə “1-ci AGF Junior Trophy” adlı beynəlxalq turnir start götürəcək.

Sportinfo.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, idman gimnastikası üzrə ənənəvi Dünya Kubokundan öncə təşkil olunacaq və 2 gün davam edəcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar bacarıqlarını nümayiş etdirəcəklər.

İlkin qeydiyyat siyahısına əsasən, turnirdə iştirak üçün 13 ölkənin nümayəndə heyətlərinin tərkibində ümumilikdə 84 nəfərin Bakıya səfər edəcəyi gözlənilir.

Bu yarış 27-31 mayda elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa çempionatından öncə gənc gimnastlar üçün sınaq rolunu oynayacaq.

Yarışa biletləri Arenanın kassasından, həmçinin onlayn əldə etmək olar. Biletlərin qiyməti turnirin təsnifat mərhələsi üçün 8, final mərhələsinə isə 10 manat təşkil edir.

Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyasının təqdim etdiyi Mövsümi Bileti də gimnastika yarışlarının sadiq tamaşaçıları Arenanın kassasından əldə edə bilərlər.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!