“Bu yarışa ev sahibliyi etmək böyük iqtisadi imkanlar qazandırır”

8 Sentyabr 2024 03:20 Digər növlər 1 296
“Bu yarışa ev sahibliyi etmək böyük iqtisadi imkanlar qazandırır”

"Formula 1" üzrə Azərbaycan Qran-prisində ötən illə müqayisədə tribunaların tutumu 35 faiz artıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev “Euronews” telekanalına müsahibəsində bildirib.

"Formula 1" qlobal miqyasda genişlənən və inkişaf edən bir idman növüdür. Bu yarışa ev sahibliyi etmək ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, həm də ona böyük iqtisadi imkanlar qazandırır.

Turizmdən əldə edilən gəlirlər, xarici qonaqların şəhərə olan marağı və iqtisadiyyata verdiyi töhfə 2016-cı ildən bəri hər il daha da artmaqdadır", - deyə M.Fərzullayev vurğulayıb.

Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”