"Formula-1 Azərbaycana çoxlu dividend gətirdi" - PREZİDENT

2 Dekabr 2019 20:32 Digər növlər 1 223
"Formula-1 Azərbaycana çoxlu dividend gətirdi" - PREZİDENT

Azərbaycan prezidenti İlham Əliyev bu gün CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Sportinfo.az xəbər verir ki, ölkə başçısı görüş zamanı Azərbaycanda o qədər populyar olmayan və ardıcıl bir neçə ildir Bakıda keçirilən Formula-1 yarışının artıq kifayət qədər cəlbedici olduğunu qonaqların diqqətinə çatdırıb.

"Bu, artıq ənənədir, ənənəvi mərasimdir. Ən fəal tamaşaçıların rəyinə görə, Bakıdakı Formula-1 yarışı lap əvvəldən cəlbedici olub. Birincisi, bu yarış Azərbaycanda çox populyar deyildi. Çox insanlar hətta qaydaları, bunun necə baş verdiyini başa düşmürdülər, lakin indi artıq Bakıda çox sayda yarış keçiriləndən sonra o, daha da məşhurlaşır. Ən mühümü isə odur ki, o, Bakıya çox sayda turist cəlb edir. Biz faktiki olaraq müşahidələr aparmışıq. Azərbaycana gələn turistlərin sayının artması məhz birinci yarışdan sonra başlayıb. Birinci yarışdan sonra bizdə 24 faiz artım oldu. İkinci yarışdan sonra əlavə olaraq 26 faiz artım oldu. Maraqlısı ondadır ki, bu ilin oktyabrında, - çünki oktyabr turistlər üçün, belə demək mümkündürsə, əlverişli ay deyil, adətən onlar yayda gəlirlər, - ötən ilin oktyabrı ilə müqayisədə bizdə 25 faiz artım qeydə alındı. Ona görə də Formula-1 Azərbaycana həqiqətən də çoxlu dividend gətirdi. Ölkə daha çox tanındı və yüz milyonlarla dollar qazanc əldə etdi. Mən biznes dairələrini, xidmət sektorunda və digər sektorlarda olanları nəzərdə tuturam. Beləliklə, bu, çoxlu gəlir gətirir və həmçinin ölkənin yaxşı təqdimatıdır" - deyə dövlət başçısı vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti