COP29

“Müəyyən səhvlərə yol verdik, sonda ayağımız büdrədi”

10 Noyabr 04:00 Digər növlər 500
“Müəyyən səhvlərə yol verdik, sonda ayağımız büdrədi”

"Ölkə çempionatına yaxşı hazırlaşmışdıq. Burada idmançılar arasında yaxşı rəqabət var".

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvü Nəzrin Kazımzadə bu gün start götürən 29-cu ölkə çempionatı və Bakı birinciliyi barədə danışarkən deyib.

Yarışın ilk günü balans hərəkətlərində qüvvəsini sınayan 16 yaşlı idmançı çıxışından razı qaldığını bildirib:

"Qəşəng Ağamoğlanlı ilə cütlük proqramında bacarığımızı nümayiş etdirdik. Müəyyən səhvlərə yol verdik.

Son elementdə ayağımız büdrədi. Amma özümüzü itirmədik.

Buna görə də performansımızı müsbət qiymətləndirirəm. Sabah temp hərəkətlərində gücümüzü yoxlayacağıq. Ümid edirəm ki, fəxri kürsüdə yer ala biləcəyik".

Gimnast ölkə çempionatının beynəlxalq yarışlara hazırlıq məqsədi daşıdığını söyləyib:

"Məqsədimiz daxili yarışlarda özümüzü təkmilləşdirib beynəlxalq turnirlərdə daha yaxşı çıxış etməkdir.

Psixoloji olaraq özümüzü hazırlayırıq. Burada yaxşı nəticə göstərsək, beynəlxalq yarışlarda motivasiyamız yüksək olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi