“Neftçi” üçün qızıl aldı

10 Mart 2025 17:20 Digər növlər 581
“Neftçi” üçün qızıl aldı

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında pauerliftinq və benç-press üzrə ölkə çempionatı keçirilib.

Sportinfo.az xəbər verir ki, “Neftçi” İdman Klubunun təmsilçisi Azər Əliyev (120 kq) benç-press üzrə mübarizədə 213 kiloqram ağırlığın öhdəsindən gəlib və qızıl medala sahib olub.

Təcrübəli idmançı mütləq çəkidə də eyni uğura imza ataraq Azərbaycan çempionu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti