Əməkdaşlıq memorandumu imzalandı – Bizimkilər Afrikada

28 May 2023 03:00 Digər növlər 506
Əməkdaşlıq memorandumu imzalandı – Bizimkilər Afrikada

Azərbaycan Badminton Federasiyası (ABF) ilə Dünya Badminton Federasiyası (BWF) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sportinfo.az xəbər verir ki, tədbir Malayziyanın paytaxtı Kuala-Lumpurda BWF-nin illik toplantısı çərçivəsində keçirilib.

Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov və Dünya Badminton Federasiyasının rəhbəri Poul-Erik Hoyer Larsen arasında imzalanan razılaşmaya əsasən, ABF Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə birgə Afrikada badmintonun inkişafına dəstək olacaq.

Bildirilib ki, Azərbaycan dövləti və ABF üçün badminton vasitəsilə inkişaf etməkdə olan, həyat səviyyəsi aşağı ölkələrdə sosial həyatın, təhsilin səviyyəsinin artırılmasına dəstək prioritet istiqamətlərdəndir.

Layihənin əsas məqsədi BWF və Afrika Badminton Konfederasiyası ilə sıx əməkdaşlıq çərçivəsində Afrika ölkələrində bu idman növünün inkişafı və kütləviliyinə nail olmaqdır.

Azərbaycan Badminton Federasiyası layihə çərçivəsində Niger, Qambiya, Kamerun, Madaqaskar və Botsvanada badmintonun inkişafına töhfə verəcək.

Müqaviləyə əsasən, ABF qeyd olunan ölkələrin badminton qurumlarını raketka, volan və digər zəruri idman ləvazimatları ilə təchiz edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"